Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mağazada özlərini Vergilər Departamentinin işçiləri kimi təqdim edərək pul tələb etmiş şəxslər saxlanılmışlar

19.09.2008

Sentyabrın 18-də Maştağa qəsəbə sakini Emin Abdullayev Sabunçu RPİ-yə ərizə ilə müraciət edərək Zabrat qəsəbə sakini Ramil Manafov, Ə.Əliyev küçəsində yaşayan Anar Yəhyayev və Salyan rayon sakini Əflatun Rzayevin ona məxsus mağazaya gəlib, özlərini Vergilər Departamentinin işçiləri kimi təqdim edərək pul tələb etdiklərini bildirmişdir. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Manafov, A.Yəhyayev və Ə.Rzayev saxlanılmış, araşdırmalar aparılır.