Mağazada özlərini Vergilər Departamentinin işçiləri kimi təqdim edərək pul tələb etmiş şəxslər saxlanılmışlar
19.09.2008 Sentyabrın 18-də Maştağa qəsəbə sakini Emin Abdullayev Sabunçu RPİ-yə ərizə ilə müraciət edərək Zabrat qəsəbə sakini Ramil Manafov, Ə.Əliyev küçəsində yaşayan Anar Yəhyayev və Salyan rayon sakini Əflatun Rzayevin ona məxsus mağazaya gəlib, özlərini Vergilər Departamentinin işçiləri kimi təqdim edərək pul tələb etdiklərini bildirmişdir. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Manafov, A.Yəhyayev və Ə.Rzayev saxlanılmış, araşdırmalar aparılır.