DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
18.09.2008
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində BBPİ Narkotiklərlə Mübarizə İdarəsi və Səbail RPİ əməkdaşları İsmayıl Xəlilovdan 9,313 qram heroin, Əzizbəyov RPİ əməkdaşları Ceyhun Cəfərovdan 302,42 qram marixuana, Nəsimi RPİ 19-cu PB əməkdaşları Namiq İbadovdan 0,245 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşları Ədalət Əzizovdan 0,237 qram heroin, Cəlilabad RPŞ əməkdaşları Füzuli Sadıqovdan 0,449 qram heroin, Abşeron RPŞ əməkdaşları İntiqam Quliyevdən 0,267 qram heroin götürmüşlər.
İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İntiqam Quliyevdən 1 qram heroin, Fərhad Eminovdan isə 1 ədəd şpris və 1 ədəd bıçaq götürülmüşdür.