Soyğunçuluq etməyə cəhd göstərmiş "N" saylı hərbi hissəsinin əsgəri, Zaur Əzimov tutulmuşdur
16.09.2008Saat 03.45 radələrində dakı "N" saylı hərbi hissəsinin əsgəri, Zaur Əzimov Yasamal rayonun 2-ci Alatava küçəsində yerləşən Bakı şəhər sakini Cavid Həmidova məxsus mağazaya gəlib bıçaqla onu hədələyərək pul tələb etmişdir. Müqavimətlə rastlaşdığından hadisə yerindən qaçmağa cəhd göstərmiş Z.Əzimov BBPİ Metropolitendə PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur.