Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Rəhman Əliyevə məxsus mağazadan oğurluq etmiş Habil Məmmədov tutulmuşdur

16.09.2008

Səbail RPİ və Əzizbəyov RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində sentyabrın 16-da Binə Ticarət Mərkəzində Bakı şəhər sakini Rəhman Əliyevə  məxsus mağazadan 20000 dollar dəyərində gödəkçələri götürüb qaçmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yasamal RPİ tərəfindən CM-nin 185-ci maddəsi ilə axtarışda olan  Habil Məmmədov tutulmuşdur.  H.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Nadir Abbasovdan dələduzluq yolu ilə "VAZ-2107" markalı avtomaşını alması və dövlət qeydiyyat nömrə  nişanlarını dəyişməsi müəyyən edilmişdir.