Bakı şəhər sakini Rəhman Əliyevə məxsus mağazadan oğurluq etmiş Habil Məmmədov tutulmuşdur
16.09.2008Səbail RPİ və Əzizbəyov RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Binə Ticarət Mərkəzində Bakı şəhər sakini Rəhman Əliyevə məxsus mağazadan 20000 dollar dəyərində gödəkçələri götürüb qaçmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yasamal RPİ tərəfindən CM-nin 185-ci maddəsi ilə axtarışda olan Habil Məmmədov tutulmuşdur. H.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Nadir Abbasovdan dələduzluq yolu ilə "VAZ-2107" markalı avtomaşını alması və dövlət qeydiyyat nömrə nişanlarını dəyişməsi müəyyən edilmişdir.