Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr götürülümşdür

04.09.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran ŞRPŞ-nin əməkdaşları Loğman  Əsədovdan 0,631 qram heroin,   Nərimanov RPİ 17-ci PB  əməkdaşları Zaur Abdullayevdən 0,866 qram heroin, Mingəçevir ŞPŞ əməkdaşları Tural Qədirovdan 1 kiloqram 923 qram marixuana, Nəsimi RPİ 22-ci PB  əməkdaşları Rövşən Nuriyevdən 787,48 qram həşiş  götürmüşlər. 
Avqustun 30-da Şəmkir rayonunda Z.Qasımov narkotik vasitə qəbul etdikdən sonra ölmüşdür. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində Z.Qasımova narkotik vasitəni satmış rayon sakini İlham Məmmədov tutulmuş, ondan 0,751 qram heroin götürülmüşdür.  
Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində rayon sakini Məhərrəmli Məmmədovdan 0,7 qram marixuana götürülmüşlər. M.Məmmədovun həyətyanı sahəsinə baxış zamanı çəkisi 3 kiloqram 203 qram olan 7 ədəd  çətənə kolu aşkar edilərək götürülmüşdür.  
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində rayon sakini Manaf Hacıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 1,2 kiloqram olan 12 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.