Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İdarə etdiyi avtomaşınla piyadanı vuraraq hadisə yerindən qaçırmış sürücü tutulmuşdur

01.08.2008

   Avqustun 1-də saat 21.00 radələrində Ağcabədi rayonundakı M.Ə.Rəsulzadə küçəsində, müəyyən edilməmiş avtomaşınla rayon sakini Haşım Talıbov vurulmuşdur. Həmin avtomaşının sürücüsü, xəsarət almış H.Talıbovu avtomaşına mindirib naməlum istiqamətə aparmışdır. Ağcabədi-Hindarx yolunun 5-ci km-də, sürücü H.Talıbovu avtomaşından düşürtmüş, avtomaşını isə Pərioğullar-Təzəkənd yolunda qoyaraq qaçmışdır. Polis əməkdaşları tərəfindən tapılaraq xəstəxanaya aparılmış H.Talıbov orada ölmüşdür. Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2103" markalı avtomaşının sürücüsü, rayon sakini Allahverdi Əliyev tutulmuşdur. RPŞ tərəfindən araşdırmalar aparılır.