Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vərtəndaşlardan narkotik vasitələr götürülmüşdür

19.07.2008

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Abdullayev 0,217 qram heroini həmyerlisi Ramil Balabəyova satarkən tutulmuşlar. E.Abdullayevin üzərinə baxış zamanı əlavə 0,735 qram heroin aşkar edilərək götürülmüşdür. 
Nizami RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balaxanı qəsəbə sakini Zaur Əzizovun 1 saylı Cəzaçəkmə Müəssisəsinə gətirdiyi sovqatın içərisində 6,347 qram heroin aşkar edilərək götürülmüşdür. 
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ əməkdaşları Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Zahir Nuriyevdən 0,277 qram heroin götürmüşlər.