Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini K.Qarayev saxlanılıb
05.06.2023Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 830 manat dəyərində siqaret, spirtli içki və gigiyenik vasitənin oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş K.Qarayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Abşeron rayonunun Saray qəsəbəsində daha iki marketdən 1560 manat dəyərində tütün məmulatı, ətirlər və 1960 manat dəyərində qeyri-qida məhsulları oğurlaması da müəyyən olunub.