Yevlax rayonunun Kolanı kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
28.05.2023Mayın 28-də saat 13 radələrində Yevlax rayonunun Kolanı kəndi ərazisində Bərdə rayon sakini V.İsmayılzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Ş.Fərzəliyev hadisə yerində ölüb, digər 3 sərnişinə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.