Şəmkir rayonunun Düyərli kənd sakini C.Aslanovdan marixuana və kənd ərazisində gizlətdiyi silah-sursat aşkar olunaraq götürülüb
07.05.2023Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Düyərli kənd sakini C.Aslanovdan marixuana, kənd ərazisində gizlətdiyi nömrəsi silinmiş “AK-74” markalı avtomat silah, 2 ədəd patron darağı və 10 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.