DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunun Novxanı qəsəbəsindəki evlərin birində həyat yoldaşı T.Gündüzü münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən M.Gündüz tutularaq istintaqa təhvil verilib

06.05.2023

Abşeron Rayon Polis İdarəsinə mayın 7-də gecə saatlarında Novxanı qəsəbəsindəki evlərin birində T.Gündüzün ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Türkiyə vətəndaşı M.Gündüzün münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

06.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 06.05.2023
  • Abşeron rayonunun Novxanı qəsəbəsindəki evlərin birində həyat yoldaşı T.Gündüzü münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən M.Gündüz tutularaq istintaqa təhvil verilib 06.05.2023
  • Metronun “Ulduz” stansiyasında bir qadının çantasından cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əzimov saxlanılıb 06.05.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 4 evdən oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini X.Əliyev saxlanılıb 06.05.2023
  • Pirallahı qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri E.Cavadov və S.Abdullayev saxlanılıblar 06.05.2023
  • Abşeron rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə və 5 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini N.Cavadov saxlanılıb 06.05.2023
  • Sabirabad rayonunun Suqovuşan kənd sakini E.Fərəcovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.05.2023
  • Saatlı rayonunun Dəllər kənd sakini Y.Əmiraslanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.05.2023
  • Samux şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 06.05.2023