DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ 5-ci PB əməkdaşları Masallı rayon sakini Eldəniz Abdullayevdən 0,258 qram heroin, Səbail RPİ əməkdaşları Sumqayıt şəhər sakini Ceyhun Niftəliyevdən 0,751 qram heroin, Gəncə ŞPİ əməkdaşları şəhər sakini Nəriman Ağayevdən 0,208 qram heroin, əvvəllər məhkum olunmuş Fuad Ələsgərovdan 0,319 qram heroin, Cəlilabad RPŞ əməkdaşları rayon sakini Pərviz Əsgərovdan 0,490 qram heroin götürmüşlər. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşları tərəfindən Rüstəm kəndində yabanı halda bitmiş, çəkisi 1 ton olan 300 kiloqram olan 13500 ədəd, Hacıqabul RPŞ əməkdaşları tərəfindən Ağacanlı kəndində yabanı halda bitmiş, çəkisi 108 kiloqram olan 138 ədəd çətənə kolları, Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən yabanı halda bitmiş, çəkisi 350 kiloqram olan 475 ədəd kənaf kolu yığılaraq məhv edilmişdir.