Xırdalan şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən B.Qasımov saxlanılıb
09.03.2023Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən Məmmədli kənd sakini B.Qasımov müəyyən olunaraq saxlanılıb. Onun şəhər sakini olan daha bir qadının bank hesabından pul oğurlaması da məlum olub. Araşdırma aparılır.