Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hüquq mühafizə orqanları tərəfindən narkotik maddələr götürülmüşdür

23.09.2005

Bakıxanov qəsəbə sakini Tərlan Quliyev 0,025 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilmişdir ki, narkotik vasitəni ona Bakı şəhərində yaşayan Zaur Əliyev satmışdır. Z.Əliyevdən 0,601 qram heroin götürülmüşdür. Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini Kamal Rzayevdən 11,456 qram heroin götürülmüşdür. Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yevlax rayon sakinləri Kamal Həsənovdan 0,193 qram, Seymur Cavadovdan isə 0,211 qram heroin götürülmüşdür.