Gəncə şəhər sakini Alik Məmmədov idarə etdiyi avtomaşınla YPX əməkdaşı Vahid Əliyevi vurmuş və hadisə yerindən qaçmışdır
07.06.2008Saat 21.30 radələrində Daşkəsən rayonunun Bayan kəndində, Gəncə şəhər sakini Alik Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmin ərazidə xidmətdə olan Yol Patrul Xidmətinin əməkdaşı Vahid Əliyevi vurmuş və hadisə yerindən qaçmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Əliyev orada ölmüşdür. Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Məmmədov tutulmuşdur. RPŞ tərəfindən araşdırmalar aparılır.