Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Gəncə şəhər sakinləri Yunis Qasımov və Teymur Nəbiyev, Dəvəçi rayon sakini İlham Mövludov tutulmuşlar

07.06.2008

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 6-da M.Naxçıvani küçəsindəki kafedə Bakı şəhər sakinləri Ülv Bayramovun və Diana Əliyevanın mobil telefonlarını oğurlamış Dəvəçi rayon sakini İlham Mövludov tutulmuşdur. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-nə keçən gecə 20-ci sahənin ərazisində Bakı şəhər sakini Zərifə Nəzərovaya məxsus mağazadan məişət və sənaye mallarını oğurlamış Bakı şəhər sakinləri Yelena Tişina və Vladimir Kurdyukov tutulmuşlar. V.Kurdyukovun itkin düşmüş kimi axtarışda olması müəyyən edilmişdir. Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Bayramova məxsus mağazadan oğurluq etmiş Gəncə şəhər sakinləri Yunis Qasımov və Teymur Nəbiyev tutulmuşlar.