DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

04.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Yaqub Mustafayevdən 64,25 qram marixuana və 1 ədəd bıçaq, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini Namiq Cavanşirovdan 21,86 qram tiryək, əvvəllər məhkum olunmuş Şövqi Kərimovdan 1,518 qram heroin götürmüşlər. Ağdaş RPŞ əməkdaşları tərəfindən Mürsəl kəndində 200 sot sahədən yabanı halda bitmiş, çəkisi 1 ton 127 kiloqram olan 1851 ədəd çətənə kolu, Tovuz RPŞ əməkdaşları tərəfindən İbrahim Hacılı kəndinin ərazisindən 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1390 kiloqram olan 925 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

04.06.2008 tarixinə olan kriminal məlumatlar