Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonundakı A.Qarayev küçəsində bir nəfərin ölümü ilə nəticələnən yanğın baş vermişdir

31.05.2008

Saat 18.30 radələrində Yasamal rayonundakı A.Qarayev küçəsində, həmin küçə ev 92-də yaşayanlar Firdovsi Məmmədov, qonşusu Firəngiz Rəhimova arasında məişət zəminində münaqişə baş vermişdir. Bununla əlaqədar F.Məmmədov F. Rəhimovaya məxsus 2 otaqlı evə gəlmiş, qapını sındıraraq oranı qəsdən yandırmışdır. Yanğın sonradan qonşuluqda yaşayan Bayram Söhbətova məxsus 3 otaqlı evə keçmişdir. Nəticədə bütövlükdə F.Rəhimovanın, 40 kvm. sahədə isə B.Söhbətovun evlərinin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra B.Söhbətovun tüstüdən boğulmuş meyiti tapılmış, FHN-in əməkdaşı Anar Əlibəndəliyev dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdir. Faktla əlaqədar cinayət işi başlanmış, araşdırmalar aparılır.