İran İslam Respublikası vətəndaşı Əmirpur Bəhruz Qüdrət oğlundan 3,5 kq həşiş aşkar edilərək götürülmüşdür
22.05.2008DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Əmirpur Bəhruz Qüdrət oğlunun gətirdiyi stulların oturacaq yerindən ümumi çəkisi 3,5 kiloqram həşiş aşkar edilərək götürülmüşdür.