DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ 11-ci PB əməkdaşları Yeni Suraxanı qəsəbə sakini Rahim Məmmədovdan 1,46 qram heroin, Əzizbəyov RPİ əməkdaşları Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firdovsi Məmmədovdan 0,046 qram heroin, 1-ci PB əməkdaşları Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Mirzəyevdən 0,746 qram heroin, Nizami RPİ əməkdaşları Ağsu rayon sakini Gündü Sakandelidən 0,235 qram heroin, Sabunçu RPİ 15-ci PB əməkdaşları Zabrat qəsəbə sakini Əziz Əzimovdan 0,525 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Cəmil Ələsgərovdan 0,295 qram heroin, Kürdəmir RPŞ əməkdaşları rayon ərazisində məskunlaşmış Cəbrayıl rayon sakini Anar Baxışovdan 0,07 qram həşiş, İsmayıllı RPŞ əməkaşları Basqal kənd sakini Elnur Əhmədovdan 0,165 qram heroin götürmüşlər. Masallı RPŞ əməkdaşları tərəfindən Ərkivan qəsəbə sakini Kamal Sarıxanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 6 kiloqram olan 125 ədəd xaşxaş kolu aşkar edilərək götürülmüşdür. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini Elçin Rzayev 162,39 qram marixuananı Şəmkir rayon sakini Azad Məmmədova satarkən tutulmuşdur.