Sabirabad rayonunun Xəlfəli kənd sakini Əlizamin Rəsulova məxsus evdə yanğın baş vermişdir
22.05.2008Saat 02.00 radələrində Sabirabad rayonunun Xəlfəli kəndində, kənd sakini Əlizamin Rəsulova məxsus 2 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Araşdırmalar aparılır.