Türkiyə vətəndaşı Xeyrəddin Peysə məxsus "Riad-Renta" dərman preparatları hazırlayan anbarda yanğın baş vermişdir
22.05.2008Saat 21.37 radələrində Nəsimi rayonundakı Həsən Əliyev küçəsində Türkiyə vətəndaşı Xeyrəddin Peysə məxsus "Riad-Renta" dərman preparatları hazırlayan anbarda yanğın baş vermişdir. Nəticədə 600 kvm. sahədə yanar konstruksiyalar, oradakı tibbi ləvazimatlar və 2 minik avtomaşını yanmış, FHN-in YMX-nin əməkdaşı Qasım Mahmudov isə xəsarət almışdır. Araşdırmalar aparılır.