Yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
22.06.2022Qazax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarapapaq kəndi ərazisində 3 sot sahədə yabanı halda bitən 840 kiloqram çəkidə 2100 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Uzunqazmalar kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitən 2 ton 110 kiloqram çəkidə 3047 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Lerik Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitən 4 ton 712 kiloqram çəkidə 18851 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.