Samux rayonunun Füzuli kənd sakini Cavid Əliyevi qətlə yetriməkdə şübhəli bilinən M.Tağıyev tutularaq istintaqa təhvil verilib
21.06.2022Samux Rayon Polis Şöbəsinə iyunun 22-də saat 1 radələrində Füzuli kəndi ərazisində kənd sakini 33 yaşlı Cavid Əliyevin öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Aparılan ilkin araşdırmalarla kənd sakini M.Tağıyevin münaqişə zəminində C.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.