Quldurluq törətməkdə şübhəli bilinən R.Abdullayev və Ə.Abdinov saxlanılıblar
19.06.2022Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə iyunun 15-də S.Əsgərova küçəsində Ucar rayon sakini E.Hüseynovun bıçaqla hədələnib içərisində pul, mobil telefon və əşyaları olan çantasının talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini R.Abdullayev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Abdinov saxlanılıblar.
Araşdırma aparılır.