Ağdam rayonunun Xındırıstan kəndi ərazisində “VAZ-21063” və “BMW” markalı avtomobillər toqquşub
18.06.2022İyunun 18-də saat 19 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində Aşur Əliyevin idarə etdiyi “VAZ-21063” və İ.Vəliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Əliyev ölüb, digər sürücünün vəziyyəti qənaətbəxşdir.
Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.