Nizami rayonu ərazisində 2 avtomobildən 40.000 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən R.Şabanov saxlanılıb
13.06.2022Nizami RPİ-nin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.