Dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini A.Qanbayev saxlanılmışdır
20.05.2022Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini A.Qanbayev müəyyən edilərək saxlanılmışdır.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.
Araşdırma aparılır.