"Bakı tələbat qabları" ATSC-də yanğın baş vermişdir
12.05.2008Saat 12.00 radələrində Sabunçu qəsəbəsində Beyləqan rayon sakini Alim İmanova məxsus "Bakı tələbat qabları" ATSC-də yanğın baş vermişdir. Nəticədə bütövlükdə ATSC-nin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, oranın fəhlələri, Bakı şəhər sakinləri Nərminə Əliyeva və Hüseynəli Daşdəmirov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.