DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

12.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ 18-ci PB əməkdaşları Bakı şəhər sakini Uğur Aslanovdan 1,037 qram heroin, Sabunçu RPİ 12-ci PB əməkdaşları Balaxanı qəsəbə sakini Bəybala Qarabəyovdan 0,69 qram tiryək, Binəqədi RPİ 40-cı PB əməkdaşları Masallı rayon sakini Mehdi Əhmədovdan 0,043 qram heroin, Bakı şəhər sakinləri İlham Nəzərovdan 0,509 qram heroin, Həbib Məmmədzadədən 1,027 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşları Bakı şəhər sakini Ceyhun Sultanovdan 0,044 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Corat qəsəbə sakini Əli Cavadovdan 0,243 qram heroin, şəhər sakini Taleh Lətifovdan 0,219 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakinləri Vüqar Əsədovdan 0,233 qram heroin, Kərəm Məlikovdan 0,230 qram heroin, Xızı RPŞ əməkdaşları Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş Gülağa İmambaxışovdan 0,274 qram heroin, Xaçmaz RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Kərimovdan 0,252 qram heroin, Tovuz RPŞ əməkdaşları rayon sakini İlham Məmmədovdan 0,234qram heroin, Neftçala RPŞ əməkdaşları rayon sakini Elçin Balaşov və qardaşı Elşaddan 0,2 qram heroin və 1 ədəd şpris götürmüşlər.