Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.05.2008Mayın 11-də Suraxanı rayonu ərazisində "Forland" markalı avtomaşınla 45-50 yaşlı kişi vurulmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür. Yol-nəqliyyat hadisə zamanı ölənin şəxsiyyəti müəyyən edilmiş, o, Bakı şəhər sakini Namiq İbrahimov olmuşdur. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Forland" markalı avtomaşının sürücüsü, Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Nəsirov tutulmuşdur.