Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Poladtökmə zavodunun arxasında yerləşən anbarda qanunsuz sement istehsalı və satışını təşkil etmiş şəxslər tutulmuşlar

24.04.2008

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində, Poladtökmə zavodunun arxasında yerləşən anbarda qanunsuz sement istehsalı və satışını təşkil etdikləri üçün Bakı şəhər sakini Pərviz Mirzəyev və Bərdə rayon sakini Orxan Əliyev tutulmuşlar. Anbara baxış zamanı Rusiya və Ukrayna dövlətlərinə məxsus müxtəlif şirkətlərin əmtəə nişanı, 56,5 ton sement və 650 ədəd boş kisə aşkar edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.