Nərimanov rayonundakı Y.Çəmənzəminli küçəsi ev 9 mənzil 26-da 4 nəfəri qətlə yetirərək evi yandırmış Yardımlı rayon sakini Niyaməddin Nuriyev tutulmuşdur
17.04.2008Aprelin 15-də Nərimanov rayonundakı Y.Çəmənzəminli küçəsi ev 9 mənzil 26-da yaşayan Sevinc Abbasovanın evində yanğın baş vermişdir. Nəticədə 5 kvm. sahədə əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra S.Abbasovanın, onun anası Ofeliyanın, bacısı Xanımın və onun oğlu Fəridin yanmış meyitləri tapılmışdır. Müayinə zamanı onların kəsici-deşici alətlə qətlə yetirilmələri müəyyən edilmişdir. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Prokurorluğu, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Yardımlı rayon sakini Niyaməddin Nuriyev tutulmuşdur. N.Nuriyevin evdən qızıl əşyaları və 40.000 dollar götürməsi müəyyən edilmişdir.