Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonundakı Y.Çəmənzəminli küçəsi ev 9 mənzil 26-da 4 nəfəri qətlə yetirərək evi yandırmış Yardımlı rayon sakini Niyaməddin Nuriyev tutulmuşdur

17.04.2008

Aprelin 15-də Nərimanov rayonundakı Y.Çəmənzəminli küçəsi ev 9 mənzil 26-da yaşayan Sevinc Abbasovanın evində yanğın baş vermişdir. Nəticədə 5 kvm. sahədə əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra S.Abbasovanın, onun anası Ofeliyanın, bacısı Xanımın və onun oğlu Fəridin yanmış meyitləri tapılmışdır. Müayinə zamanı onların kəsici-deşici alətlə qətlə yetirilmələri müəyyən edilmişdir. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Prokurorluğu, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Yardımlı rayon sakini Niyaməddin Nuriyev tutulmuşdur. N.Nuriyevin evdən qızıl əşyaları və 40.000 dollar götürməsi müəyyən edilmişdir.