Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəki ŞRPŞ-yə noyabrın 30-da saat 12 radələrində S.Mümtaz küçəsindən şəhər sakini P.Abbaslıya məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

01.12.2021

Şəki ŞRPŞ-yə noyabrın 30-da saat 12 radələrində S.Mümtaz küçəsindən şəhər sakini P.Abbaslıya məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Ağdaş rayonu ərazisində təkəri deşilmiş vəziyyətdə tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş H.Heydərli polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. *** Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində noyabrın 29-da şəhər sakini A.Abdullayevin içərisində 600 manat pul və 2130 ABŞ dolları olan çantasını oğurlamaqda şübhəli bilinən Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş H.Həmzəyev saxlanılmışdır.

01.12.2021 tarixinə olan kriminal məlumatlar