Salyan RPŞ-yə Qarabağlı kəndi ərazisindəki mağazaların birindən 500 manat pul və 2000 manat dəyərində tütün məmulatının oğurlanması barədə məlumat daxil olmuşdur.
01.12.2021Salyan RPŞ-yə noyabrın 28-də saat 4 radələrində Qarabağlı kəndi ərazisindəki mağazaların birindən 500 manat pul və 2000 manat dəyərində tütün məmulatının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - Cəlilabad rayon sakinləri O.Əsgərov və əvvəllər məhkum olunmuş M.Əhmədzadə müəyyən edilərək saxlanılmışlar.