Bakı şəhər sakini O.Həsənova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini E.Məhərrəmli müəyyən edilərək saxlanılmışdır
11.11.2021Abşeron Rayon Polis İdarəsinə noyabrın 7-də saat 2 radələrində Hökməli qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobildə şərnişininin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək mobil telefonunu alması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məhərrəmli müəyyən edilərək saxlanılmışdır.