Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Aztelekom” MMC-nin Abşeron Filialına məxsus 750 metr kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə saxlanılmışdır

11.11.2021

Abşeron Rayon Polis İdarəsinə Fatmayı, Digah və Goradil kəndləri ərazilərində “Aztelekom” MMC-nin Abşeron Filialına məxsus 750 metr kabelin oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə müəyyən edilərək saxlanılmışdır.