“Aztelekom” MMC-nin Abşeron Filialına məxsus 750 metr kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə saxlanılmışdır
11.11.2021Abşeron Rayon Polis İdarəsinə Fatmayı, Digah və Goradil kəndləri ərazilərində “Aztelekom” MMC-nin Abşeron Filialına məxsus 750 metr kabelin oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə müəyyən edilərək saxlanılmışdır.