Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara rayon sakinləri A.Səfərov və Ə.Həsənovdan silah-sursat götürülmüşdür

11.11.2021

Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyakəran kənd sakini A.Səfərovdan müvafiq sənədləri olmayan “İJ-24” markalı ov tüfəngi, 24 ədəd patron və 1 ədəd patrondaş, Pəlikəş kənd sakini Ə.Həsənovdan isə müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi, 9 ədəd patron və 1 ədəd patrondaş götürülmüşdür.