Goranboy rayonunun Nizami kəndi ərazisində “Hyundai” və “Oka” markalı avtomobillər toqquşmuşdur
11.11.2021Noyabrın 11-də saat 17 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində Gəncə şəhər sakini T.Hacıyevin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini Abdulxaliq Rüstəmovun idarə etdiyi “Oka” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Rüstəmov hadisə yerində ölmüş, xəsarət almış digər sürücü xəstəxanaya yerləşdirilmişdir.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.