Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

11.11.2021

“COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, noyabrın 5-də yaşayış yerini tərk etmiş Şəki şəhər sakini R.Məmmədov barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.