Bakı-Sumqayıt elektrik qatarına daş ataraq yan şüşəsini sındırmaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən edilərək saxlanılmışlar
05.11.2021Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçkirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan 3 yeniyetmə müəyyən edilərək saxlanılmışdır.