Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xızı rayonu ərazisində 22 yaşlı S.Mirzəbabayevi bıçaqla qəsdən öldürməkdə şübhəli bilinən Ş.Salahlı tutularaq istintaqa cəlb olunmuşdur

03.11.2021

Xızı Rayon Polis Şöbəsinə noyabrın 3-də saat 9 radələrində Yaşma kəndi ərazisində yerləşən quşçuluq fabrikində orada mühafizəçi işləyən Sumqayıt şəhər sakini 22 yaşlı Sərxan Mirzəbabayevin öldürülməsi  barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, iş yoldaşı, Tərtər rayon sakini Ş.Salahlı aralarında yaranmış münaqişə zəminində bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürmüşdür.

Əməliyyat tədbirləri ilə Ş.Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam edir.