Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini B.Bağırzadədən 16 qrama yaxın heroin və 9 qramdan artıq metamfetamin aşkar edilmişdir

03.11.2021

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Bağırzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 16 qrama yaxın heroin və 9 qramdan artıq metamfetamin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 4 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və elektron tərəzi götürülmüşdür.