Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü H.Həsənov saxlanılmışdır

03.11.2021

Noyabrın 1-də saat 18 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Atyalı qəsəbə sakini, 15 yaşlı S.Balakişiyeva vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Şamaxı rayon sakini H.Həsənov saxlanılmışdır.