Abşeron rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü H.Həsənov saxlanılmışdır
03.11.2021Noyabrın 1-də saat 18 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Atyalı qəsəbə sakini, 15 yaşlı S.Balakişiyeva vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Şamaxı rayon sakini H.Həsənov saxlanılmışdır.