Narkotik vasitə satışı ilə məşğul olmaqda şübhəli bilinən Salyan şəhər sakini R.İbrahimov saxlanılmışdır
03.11.2021Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin, metamfetamin və marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə oradan əlavə olaraq 255 qram heroin və 475 qram marixuana götürülmüşdür.